!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyə-Rusiya yaxınlaşması Azərbaycanın ərazi bütövlüyünün bərpasına zəmin yaradır” – Aleksey Sinitsın

!Reklam – Yazi

“Ankaranın qaçqınlarla bağlı anlaşmadan çıxması Avropanı Yaxın Şərqdən yeni miqrant axını ilə üz-üzə qoyacaq”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Türkiyənin Avropa İttifaqı ilə münasibətlərinin gələcəyini dəyərləndirən Amerika-Azərbaycan İnkişafa Yardım Fondunun baş eksperti Aleksey Sinitsın deyib.

Aleksey Sinitsının sözlərinə görə, Brüssel Ankaranı öz sıralarında görmək istəməsə də, onu özündən çox da uzaqlaşdırmaq istəmir:

“Hələ yayın sonlarında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan etmişdi ki, ölkənin prezident üsul-idarəsinə keçidindən sonra da Avropa İttifaqına üzvlük Ankaranın əsas prioriteti olaraq, qalır. Çavuşoğlunun sözlərinə görə, Türkiyə bu istiqamətdə səylərini davam etdirir və Brüsselin cavab addımlarını gözləyir.

Ərdoğanın prezident seçkilərində qələbəsindən sonra Qərbin bir sira “beyin mərkəzləri” Türkiyəyə yönəlik siyasətin gələcək istiqamətlərinə dair davamlı müzakirələr aparırdılar.

Məsələn, Karnegi Fondu ilə əməkdaşlıq edən italyan politoloq Marko Pyerini bildirirdi ki, “Avropa İttifaqı Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq üzərində düşünməlidir. Bununla belə, Türkiyənin İttifaqa tamhüquqlu üzvlüyü istiqamətində danışıqlara qayıtmaq praktik şəkildə mümkün deyil – Berlin, Paris, Haaqa və Vyana buna getməyəcək”. Yəni Türkiyəyə münasibətdə Avropa İttifaqını maraqlandıran məsələlər başqadır.

Ancaq bu yanaşmalara baxmayaraq, Türkiyə hazırda Aralıq dənizi və Avrasiya məkanını əhatə edən qüdrətli “güc mərkəzi”dir. Ekzistensial hakimiyyət böhranına yaxın vəziyyətdə olan Avropa siyasi və iqtisadi planda Türkiyə ilə vahidləşmək fikrini yaxına buraxmır.

Digər tərəfdən, Avropa İttifaqı Türkiyəni özündən çox da uzaqlaşdırmaq istəmir. Hər halda, səksən milyonluq əhalisi ilə dünyanın aparıcı iyirmi iqtisadiyyatından biri olan Türkiyədən imtina etmək mümkün deyil. Nəzərə alaq ki, Türkiyədə təkcə Almaniyanın altı mindən çox törəmə və müstəqil şirkəti fəaliyyət göstərir.

Türkiyə döyüş qabiliyyəti yüksək olan yarım milyonluq orduya malikdir. Əgər Türkiyə NATO-nu tərk edərsə, o zaman alyansın sol cinahı çökəcək və blok ağır hərbi-siyasi itkiyə məruz qalacaq. Eyni zamanda, Ankaranın qaçqınlarla bağlı anlaşmadan çıxması Avropanı Yaxın Şərqdən yeni miqrant axını ilə üz-üzə qoyacaq.

Belə bir şəraitdə Türkiyə ilə Rusiya arasında münasibətlərin inkişafı Azərbaycan üçün də əhəmiyyətlidir. NATO üzvü olan Türkiyə ilə Rusiyanın timsalında strateji müttəfiqə malik olmaq Bakı üçün ideal situasiyadır. Bu, Azərbaycanın təhlükəsiz inkişafının təminatıdır. Türkiyə-Rusiya münasibətlərinin inkişafı Azərbaycanın ərazi bütövlüyünün bərpasına yeganə olmasa da, güclü zəmin yaradır”.

Qafqaz Ömərov

www.yenicag.az

3956
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv