Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Türkiyə səfirindən FETÖ-cu iş adamları ilə bağlı mesaj: "Azərbaycan-Türkiyə əlaqələrinə xidmət etmədilər"

Reklam: Sinerji Pro

Bu gün Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TUİB) özünün növbəti qurultayını keçirir.

Yenicag.az xəbər verir ki, qurultayda çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iş adamlarının fəaliyyətindən danışarkən, FETÖ fəaliyyətinə də diqqət çəkib.

Əvvəlki illərdə iş dünyasındakı FETÖ hegemonluğuna diqqət çəkən səfir “Bundan öncə iş adamları adından fəaliyyət göstərənlər Azərbaycan-Türkiyə əlaqələrinə xidmət etmədilər. Bu səbəbdən də onların fəaliyyəti neçə illik olsa da, iki dövlət adına heç bir uğurundan bəhs etmək olmaz. Onlar bir xəyanət şəbəkəsinə xidmət etdilər” söyləyib.

Qeyd edək ki, 15 iyul 2016-cı ildən sonra Azərbaycanda ləğv olunan iş adamları dərnəyi TÜSİAB oldu. FETÖ tərəfindən 1994-cü ildə qurulmuş TÜSİAB uzun illər iş dünyasında monopolist dərnək kimi tanınırdı. Ötən ilin dekabr ayında qurum rəsmən ləğv edildi.

www.yenicag.az

1555
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM