!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə siyasətində hərəkətlilik: Masadan süfrəyə çevrilən ittifaqda yeni addımlar

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Türkiyənin əsas müxalifət qüvvələrini birləşdirən “Altılı masa” formatı parçalanıb.

Yenicag.az-ın Türkiyə bürosu xəbər verir ki, İYİ Partiyanın masadan ayrılması ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun “süfrə” adlandırdığı 5 partiyanın koalisiyası bu gün prezidentliyə namizəd olacaq şəxsin adını açıqlayacaq.

Koalisiyadan ayrılan İYİ Partiya sədri Meral Akşenər isə bu dəqiqələrdə partiyanın heyətilə toplantıdadır. Müxalif  koalisiyanın yerli saatla 14:00-da başlayacaq toplantısından öncə isə İYİ Partiyanın sözçüsü Kürşad Zorlu mətbuata açıqlama ilə çıxış edərək partiyasının prezidentliyə namizəd kimi irəli sürdüyü Əkrəm İmamoğlu və Mənsur Yavaşın Meral Akşenəri ziyarət edəcəklərilə bağlı xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.

Hazırda ən çox müzakirə edilən məsələ isə İYİ Partiyanın masaya dönüb-dönməyəcəyidir.

Qeyd edək ki, bu günə planlaşdırılan toplantının uzlaşma mətnində Meral Akşenərin də imzası yer alır.

www.yenicag.az

225
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv