!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin əsas müxalifət koalisiyasının SONU: İYİ partiya “Altılı masa”dan çıxdı

!Reklam – Yazi

Türkiyənin əsas müxalifət qüvvələrini birləşdirən “Altılı masa” formatı parçalanıb.

Yenicag.az Türkiyə müdiasına istinadən xəbər verir ki, “Altılı masa”ya daxil olan İYİ partiya koalisiyadan çıxdığını bəyan edib.

Məlumata görə, bu barədə qərar partiyanın İdarə Heyətinin bir qədər əvvəl başa çatan toplantısında qəbul olunub.

Bu barədə danışan İYİ partiyanın lideri Meral Akşenər bu qərarı “kimlərinsə fərdi gələcək planlarının fırıdaqçı içtirakçısı” olmaq istəmədikləri ilə əlaqələndirib.

O, bu qərarın qəbuluna həm də “şəxsi maraqların” daha çox ön plana çıxmasının təsir göstərdiyini vurğulayıb.

Qeyd edək ki, “Altılı masa”da mövcud olan fikir ayrılığı dünən keçirilən toplantıda daha da kəskinləşib.

İYİ partiya formatdakı digər partiyaların CHP lideri Kamal Kılıçdaroğlunun vahid namizəd seçilməsinə yönəlik qərarının əleyhinə çıxıb. O baxımdan, sözügedən partiyanın “Altılı masa”nı tərk etməsi gözlənilməz addım kimi qiymətləndirilmir.

www.yenicag.az

570
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv