!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Türkiyə Yunanıstana nota verdi - “Qalatasaray”a görə

!Reklam – Yazi

Yunanıstanın Ankaradakı səfiri Mixail Xristos Diamesis Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata əsasən, yunan səlahiyyətlilərinin “Olimpiakos” ilə hazırlıq matçı üçün Afinaya yola düşən “Qalatasaray” klubunun üzvlərinə qarşı şəhər aeroportunda sərt rəftar Türkiyə tərəfinin ciddi narazılığına səbəb olub.

Səfirə təqdim edilən etiraz notasında bu davranışın idman qaydalarına zidd və dostluqdan uzaq olduğu bildirilib.

Həmçinin, gələcəkdə analoji halların təkrarlanmaması üçün lazımi tədbirlərin görülməsi tələb edilib.

www.yenicag.az

749
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv