!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə “6 yaşlı gəlin” RƏZALƏTİ: Qızcığazın atası, anası və “əri”nə hökm oxundu

!Reklam – Yazi

Türkiyədə 6 yaşında ərə verilən qızın atası, anası və “həyat yoldaşı” uzun müddətə azadlıqdan məhrum edildi.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkəni sarsıdan “6 yaşlı gəlin” olayı üzrə keçirilən məhkəmədə müttəhimlər Kadir İsteli və Yusuf Ziya Gümüşəl yenidən hakim qarşısına çıxarılıb.

Məlumata görə, şübhəlilər Kadir İsteli və Yusuf Ziya Gümüşel İstanbuldakı Anadolu 2-ci Ağır Cəza Məhkəməsində saat 10-20-də başlayan iclasa həbsxanadan gətiriliblər.

4 saat davam edən iclasın yekununda hakim “uşağa cinsi istismar” və “cinsi təcavüz” ittihamları ilə Kadir İstelinin (ata) 30, Yusuf Ziya Gümüşelin (həyat yoldaşı) 20, Fatimə Gümüşelin (anası) isə 16 il 8 ay müddətinə azadlıqdan məhrum edilməsinə hökm verib.

 

Məsimə Məmmədova

www.yenicag.az

269
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv