Reklam: High Technic
hightechnic

Türkiyədə qorxulu anlar - 100 tonluq qaya parçası...

Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, nəhəng qaya parçası məhəllə sakinlərinin evlərinə doğru hərəkət edib.

Hadisə oktyabrın 6-da Beşikdüzü mahalının Dağcılar Məhəlləsində qeydə alınıb.

Belə ki, təxminən 100 ton ağırlığında olan qaya parçası anidən məhəlləyə doğru hərəkət edərək yaşayış binalarına yaxınlaşıb. Hadisə gecə saatlarında baş verdiyi üçün məhəllə sakinlərinin bundan xəbəri olmayıb. Xoşbəxtlikdən qaya parçası evlərə zərər yetirməyib.

“Biz gündüz evin ətrafında işləyirdik. Hadisə gün ərzində olsaydı, həmin qayanın altında qalardıq” – deyə məhəllə sakini Fatma Yıldız bildirib.

Sakinlər qaya parçasının hər an evlərə zərər vura biləcəyi etimalını düşünərək, aidiyyəti qurumlardan onu parçalayaraq məhəllədən kənarlaşdırılmasını tələb edib. Sakinlərin bu tələbi dərhal yerinə yetirilib.

Həşim Səhrablı

www.yenicag.az

751