Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyədən Yunanıstana sərt CAVAB: “Bizans yuxusundan oyanmalıdırlar”

Reklam: High Technic

“Yunanıstan 567 ildir xilas ola bilmədiyi Bizans yuxusundan artıq oyanmalıdır”.

Yenicag.az “HaberGlobal”a istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Aya Sofiyanın muzeydən məscidə çevrilməsinə sərt münasibət sərgiləyən Yunanıstan hökumətinin rəsmilərinə cavab verərkən deyib.

“Aya Sofiyada yenidən səcdəni həzm edə bilməyən Avropanın ərköyün uşağı yenə xəyala dalıb. Tarixdən lazım olan dərsi ala bilməyən irqçi başlar, şanlı bayrağımıza hörmətsizlik edənlər Egeydəki aqibətini xatırlamalıdır”, – deyə H.Aksoy Yunanıstana ünvanladığı cavabda bildirib.

Qeyd edək ki, 86 ildən sonra ilk dəfə iyulun 24-də Ayasofya məscidində Cümə namazı qılınıb, bununla da bu tarixi abidə yenidən məscid olaraq fəaliyyətini bərpa edib.

Yunanıstan parlamenti və hökumətinin üzvləri bu hadisə ilə bağlı Türkiyənin ünvanına təhqiredici fikirlər söyləyib. Bir qrup yunanıstanlı isə Salonikidə Türkiyə bayrağını yandırıblar.

www.yenicag.az

822
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100