!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyəli iş adamının şikayəti ilə bağlı DİN-dən AÇIQLAMA

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Azərbaycana milyonlarla dollar sərmayə yatıran türkiyəli iş adamı Ali Bayram Abdurahman oğlu irimiqyaslı dələduzluğa məruz qalıb. Düşdüyü çətin vəziyyətlə əlaqədar Yenicag.az-a üz tutan Ali Bayram Abdurahman oğlu ölkənin müvafiq hüquq-mühafizə orqanlarını fəaliyyətsizlikdə suçlayaraq, illərdir çözülməyən probleminin həll üçün Azərbaycan və Türkiyə prezidentlərinə müraciət etmək məcburiyyətində qaldığını bildirib.

Bununla bağlı Yenicag.az saytının sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib:

“Türkiyə Respublikasının vətəndaşı Ali Bayram Abdurahman oğlunun irimiqyaslı dələduzluğa məruz qalmasi ilə bağlı dərc olunmuş məqalədə polis əməkdaşlarının ünvanına həmin şəxs tərəfindən səsləndirilən ifadələr birmənalı olaraq həqiqətə uyğun deyil.

Belə ki, məqalədə qeyd olunan məsələlərlə bağlı müxtəlif vaxtlarda- 19.09.2012-ci il, 26.07.213-cü il və 22.08.2013-cü il tarixlərində Xətai Rayon Polis İdarəsinə müraciətlər edilib. Müraciətlərin heç birində Ali Bayram Abdurahman oğlu şikayətçi şəxs qismində istintaq proseslərində iştirak etməyib. O, yalnız şahid qismində istintaqa ifadə edib.

İllər sonra Ali Bayram Abdurahman oğlu 2022-ci ildə təkrar 10 il əvvəl baş verdiyi hadisədə zərərçəkən şəxs olduğunu iddia edərək yenidən Xətai Rayon Polis idarəsinə müraciət edib. Aparılan araşdırmalar, şahid ifadələri və toplanmış materiallar əsasında həmin şəxsin iddiaları öz təsdiqini tapmadığı üçün sübutların kifayət qədər olmaması səbəbindən 01 fevral 2023-cü il tarixdə Azarbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən iş üzrə icraat təkrar dayandırılıb”.

www.yenicag.az

207
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv