Reklam

Reklam

Bu gün Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya FETÖ terror şəbəkəsinin 15 iyul çevriliş cəhdinin 1-ci ildönümü ilə əlaqədar Azərbaycan və digər ölkələrdən gəlmiş jurnalistlərlə görüşüb.

Yenicag.Az xəbər verir ki, Türkiyə Nazirlər Kabineti Media və İnformasiya Baş İdarəsində baş tutan görüşdə çıxış edən nazir Fatma Kaya 15 iyul çevriliş cəhdinin baş tutmamasında ölkə mediasının xidmətlərini xüsusi qeyd edib:

“15 iyul çevriliş təşəbbüsü Türkiyənin tarixində yaşadığı ən qorxunc və xain hərbi çevriliş, işğal cəhdi idi. Türkiyə mediası həmin gecə doğrudan da fədakarlıq göstərdi. O gecə verdiyimiz şəhidlər arasında jurnalist Mustafa Canbaz da var.

FETÖ bu gün fəaliyyət göstərdiyi ölkələr üçün də böyük təhdiddir. FETÖ millətimizin dini həssaslığından istifadə edib. FETÖ üzvləri bu əməllərinə görə məhkəmələrdə layiqli cəza alacaqlar. FETÖ-nun çevriliş cəhdinin bir işğal planı olduğu unudulmamalıdır. Bu cəhdin qarşısı xalqın dinc müqaviməti sayəsində alınıb.

Millətimizin böyük fədakarlıq göstərib. Hamilə olduğunu həyat yoldaşı ilə paylaşmayan, bu gün övladını qucağına alan qadınlarımız var. Həmin gecə baş verənlər nəticəsində 450 uşaq valideynlərini itirib. Bunlar böyük hekayələrdir. İnsanlarımız əsgər geyimindəki terrorçuların güllələri ilə şəhid oldular, Parlamentimiz bombalandı”.

Türkiyəli nazir 15 iyul gecəsi özünün davranışları haqqında da danışıb:

“Mən bir qadın olaraq, 2 övladımı həmin gecə evdə anama tapşırıb, meydana çıxdım. Həmkarlarımızla qərar qəbul edib, parlamentə toplaşdıq. Parlamentdəki partiyaların deputatları həmin gün üzərinə düşən vəzifəni yerinə yetirdilər. Qorxmadıq, demokratiyaya sədaqətimizi dünyaya və Türkiyəyə nümayiş etdirmək üçün Parlamentdə idik.

Bombalanan Parlamentdə çevriliş cəhdinə qarşı qəti mövqe bildirdik. Həmin gecə yaşananların dönüş nöqtəsi isə prezidentimiz Rəcəb Tayyib Ərdoğanın xalqı meydanlara, hava limanlarına dəvət etməsi oldu. Xalq bu hadisələr zamanı həqiqi qəhrəmanlıq göstərdi”.

Kaya 15 iyul gecəsi ABŞ başda olmaqla, Qərb dövlətlərinin Türkiyədəkı hərbi çevrilişə cəhd zamanı seyrçi mövqe tutduqlarını təəssüflə vurğulayıb, ikili standartların özünü yenə də göstərdiyini bildirib:

“Mən Hollandiyada insanlığa yaraşmayan bir münasibətlə üzləşmiş nazirəm. Məni Türkiyə səfirliyinə daxil olmağa qoymadılar. Bir çox Avropa ölkələrində FETÖ və PKK kimi terror təşkilatlarının aksiya keçirtməsinə icazə verildiyi halda, bir Türkiyə siyasətçisinin danışmasına imkan verilmədi. Bu, mənim üçün yox, Hollandiya üçün bir utancdır.
Bu yanaşma davam edir. G20 üçün bu günlərdə Almaniyaya gedən Türkiyə prezidentinə də görüş keçirtməsinə imkan verilmədi. Demokratiyanı qorumaq üçün 250 şəhid vermiş bir xalqa bu cür münasibət təəssüf doğurur. Bu gün terror təhdidi ilə üzləşən Türkiyənin fövqəladə vəziyyət rejimi tətbiq etməsinə qarşı çıxırlar. Ancaq bir sıra Avropa ölkələrində fövqəladə vəziyyət rejimi tətbiq edilən zaman səs çıxartmırlar. Hətta Qərb mediası çevriliş cəhdinə baş vuranlara dəstək də verdi”.

Nazir əlavə edib ki, Türkiyənin terrorizmə qarşı apardığı davamlı mübarizə qlobal əhəmiyyət daşıyır:

“Türkiyə bütün terror təşkilatlarına qarşı qətiyyətlə mübarizə aparır. Türkiyənin terrora qarşı mübarizəsi Avropanın təhlükəsizliyinin təmini üçün çox əhəmiyyətlidir. Avropa ölkələrinin də Türkiyənin bu mübarizəsinə dəstək verməsi lazımdır. PKK, PYD, FETÖ kimi terror təşkilatlarına loyal münasibət bəşəriyyətin rifahına xidmət etmir. Bütün bunlar nəzərə alınmalı və ona uyğun addımlar atılmalıdır”.

Yenicag.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 187
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."