Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Türkiyənin hədəfi kürdlər yox, PKK-dır” – Necirvan Bərzani

“PKK özünü Suriya kürdləri vasitəsilə legitimləşdirmək istədi və təəssüf ki bu gün bu nöqtəyə gəlib çıxıldı”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Ərbildəki Yaxın Şərq Araşdırma İnstitutu (MERI) tərəfindən təşkil edilən bir paneldə Suriya və PKK ilə əlaqədar çıxışında Türkiyənin Suriya kürdləri ilə hər hansı bir probleminin olmadığını vurğulayan İraq Kürd Regional Rəhbərliyinin baş naziri Necirvan Bərzani deyib.

Türkiyənin terrorla mübarizəsinə kölgə salmaq üçün PKK və törəmələri yerinə israrla “kürdlər” deyilməsinə və ölkəmizin kürdlərlə problemi varmış kimi təqdim edilməsinə İraq Kürd Regional Rəhbərliyinin baş naziri Necirvan Bərzani də qarşı çıxıb.

Bərzani Türkiyə tərəfinin “Biz heç bir şəkildə Suriya ilə sərhədlərimizdə PKK əsgilərini həzm edə bilmərik” mövqeyinin ona çatdırıldığını bildirib:

“Bunun Suriyadakı qardaşlarımız üçün də böyük bir təhlükə olduğunu söyləməyə çalışdıq”.

PKK-nın Suriyadakı mövcudluğuna toxunan Bərzani, eyni zamanda, qeyd edib ki, “Yeganə istəyimiz kürdlərin PKK ilə aralarına məsafə qoymalarıdır. PKK özünü Suriya kürdləri vasitəsilə legitimləşdirmək istədi və təəssüf ki bu gün bu nöqtəyə gəlib çıxıldı”.

Məlum olduğu kimi, başda ABŞ, Avropa və Rusiya olmaq üzrə bəzi ölkələr Türkiyənin PKK terroruna qarşı mübarizəsi ilə bağlı açıqlamalarında PKK yerinə şüurlu şəkildə “kürdlər” ifadəsini işlətməkdədirlər.

Sözügedən mövqe Türkiyənin cənub sərhədində yaradılmağa çalışılan “terror dəhliz”ini yox etmək, bölgəyə sülh və əmin-amanlıq gətirmək məqsədilə başlatdığı “Barış pınarı” əməliyyatının gedişində də davam edir.

PKK-nın Türkiyə kimi, ABŞ və Avropanın da terror təşkilatları siyahısında yer almasına baxmayaraq, nümayiş etdirilən bu davranış, ölkəmizin bu gün də davam etdirdiyi və son 30 illik terrorla mübarizə prosesini təhrif edir.

Suriya və İraqdakı müharibədən qaçan kürdlər Türkiyəyə sığınır, ölkəmiz etnik mənşə, din və məzhəb ayrı-seçkiliyi etmədən vətəndaşlara qucaq açır. Həmçinin kürd əsilli vətəndaşlar da Türkiyənin terrorla mübarizəsi əsnasında PKK-nın hərəkət etdiyi ərazilərdən qaçırlar.

Bu vəziyyət Türkiyənin mübarizəsinin kürdlərlə deyil, PKK və törəmələri olan, SDG/PYD/YPG adı altında fəaliyyət göstərən terror təşkilatları ilə olduğunun vacib sübutlarından biridir. Türkiyə Silahlı Qüvvələri “Barış pınarı” əməliyyatı zamanı Avropa İttifaqı və NATO tərəfindən də terror təşkilatı kimi qəbul edilən PKK-nın Suriya qanadı olan PYD/YPG ünsürlərini və onlara aid sığınacaq, mövqe, silah, avadanlıq və materialları hədəfə alıb.

PYD/YPG terror təşkilatının münaqişənin əvvəlindən bu yana kürdlər başda olmaqla bölgə əhalisinə qarşı təzyiq və təhdid siyasəti apardığı, yerli xalqı zorla evlərindən didərgin saldığı göz qabağındadır. PYD/YPG-nin etnik təmizləmə başda olmaqla, insanlığa qarşı törətdiyi cinayətlər, müstəqil beynəlxalq təşkilatlar tərəfindən də rəsmiləşdirilib.

www.yenicag.az

2068
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM