Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyəyə daxil olan hərkəs koronavirus testindən keçəcək

İyunun əvvəlindən etibarən Türkiyədə ölkəyə daxil olan hər kəs hava limanlarında və sərhəd buraxılış məntəqələrində koronavirus testindən keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm naziri Nuri Mehmet Ərsoy “Hürriyyet” qəzetinə müsahibəsində açıqlama verib:

“Səhiyyə Nazirliyi Antalyadan başlayaraq, bütün hava limanlarında koronavirus üçün test məntəqələri açacaq. Həmçinin Kapıkul və İpsalda (Bolqarıstan və Yunanıstan sərhədlərindəki keçid məntəqələri) iyunun əvvəlindən etibarə ölkəyə daxil olan bütün şəxslər koronavirus testindən keçəcək. Nəticələr 5-6 saat ərzində məlum olacaq”.

O, həmçinin bildirib ki, Türkiyəyə daxil olan hər bir turistin qalacağı yer öncədən bəlli olacağına görə yoxlamalarda uzun fasilə yaranmayacaq: “Testlər pasport yoxlanışından əvvəl aparılacaq. 2-3 dəqiqə çəkəcəyi üçün gecikmələrə səbəb olmayacaq”.

Qeyd edək ki, daha əvvəl Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi turizm müəssisələrinin işçiləri və ölkə qonaqlarının daşınması, yerləşdirilməsi və sağlamlıq vəziyyəti ilə bağlı geniş tədbirləri əhatə edən sağlam turizmin sertifikatlaşdırılması proqramının başlandığını elan etmişdi.

Loading...

www.yenicag.az

437
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100