Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Türkiyəyə “dil uzatmaq” Vaşinqtona çox baha başa gələ bilər”

Reklam: High Technic

“Türkiyənin Rusiyadan S-400 raketləri almasına görə ABŞ-ın bu ölkəyə tətbiq edəcəyi sanksiyalarla bağlı deyilənlər sadəcə sözdür və əmələ gələsi deyil. Bu mənada Türkiyəyə əl və dil uzatmaq Vaşinqtona çox baha başa gələ bilər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında ABŞ dövlət katibinin köməkçisi Uess Mitçelin Ankaranın Rusiyadan S-400 raketləri alacağı təqdirdə sanksiyalara məruz qala biləcəyilə bağlı dediyi fikirlərinə münasibət bildirərkən siyasi icmalçı Azər Həsrət deyib.

Ekspert bildirib ki, dünyanın aparıcı dövləti olaraq ABŞ-ın sanksiya dililə danışması başa düşüləndir:

“ABŞ-ın qlobal güc mərkəzi və bütün dünyaya öz mövqeyini diqtə edən dövlət olaraq müttəfiqlərinin başqa ölkələrdən silah-sursat almasını qısqanclıqla qarşılaması və onları sanksiyalarla hədələməsi əlbəttə ki, heç kimi təəccübləndirmir. Bu mənada Vaşinqtonun həmin açıqlamaları hər kəs tərəfindən anlayışla qarşılanır. Amma Türkiyə bu vaxta qədər sanksiya tətbiq edilən və yaxud haqqında bəyanatlar verilən digər dövlətlərə bənzəməz. Əlbəttə ki, ABŞ Türkiyənin Rusiyadan S-400 raketlərini alması ilə bağlı sanksiya bəyanatını vermək və onu gerçəkləşdirməkdə ciddi çətinliklə üzləşə bilər. Ona görə ki, yaşadığımız coğrafiyada Türkiyə NATO üzvü olaraq ABŞ-ın ən önəmli tərəfdaşıdır. Digər tərəfdən, Türkiyə öz sözünü deməyi bacaran, qədim dövlətçilik ənənələrinə, İslam aləmində geniş dəstəyə malik bir ölkədir.

Ona görə də düşünürəm ki, ABŞ Dövlət Departamenti S-400-lərin alınması müqabilində Ankaraya sanksiya qoyula biləcəyilə bağlı bəyanatı verməklə, sadəcə olaraq, onu çəkindirmək, qorxutmaq istəyir. Amma əmələ gəlincə, heç bir sanksiyadan söhbət belə gedə bilməz. ABŞ Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə cürət edə bilməyəcək. Vaşinqton bu dövlətin üzərinə ciddi şəkildə gedə bilməyəcək.

Türkiyə Rusiyaya, Suriya və İraq kimi dövlətlərə bənzəməz. Türkiyə elə bir dövlətdir ki, dili var, dilçəyi var. Onunla ABŞ belə güc mövqeyindən danışa bilməz. Odur ki, sanksiyalarla bağlı deyilənlər sadəcə söz yığnağıdır və reallaşan deyil. ABŞ hər halda öz siyasətini ölçüb-biçməklə addım atmağı sevir. Türkiyə isə hər zaman ABŞ-la açıq müzakirələrə hazır olub. Belə bir şəraitdə hansısa sanksiyalardan danışmaq, artıq başqa şeydən xəbər verir”.

A. Həsrət hesab edir ki, ortada alternativlərin olması fonunda Ankara ABŞ-ın sözügedən bəyanatından narahatlıq keçirməyəcək:

“Ortada alternativ var. ABŞ-a, Qərbə meyllənməkdən əlavə, şərqə, şimala meyllənməklə bağlı alternativlər də mövcuddur. Bu mənada Qərbin basqıları davamlı olarsa, Türkiyə, habelə Azərbaycan Çin və Rusiya kimi digər alternativlərə üz tutmaq barədə də düşünə bilərlər. Bundan isə uduzan tərəf, yalnız və yalnız ABŞ-la Qərb olacaq. Belə olan halda sanksiyalar ABŞ-ın özünə qarşı çevriləcək. Ona görə də ABŞ-ın sanksiya bəyanatı sözdən əmələ keçməyəcək”.

Qeyd edək ki, Türkiyə Rusiya ilə S-400 raketlərinin alınması ilə bağlı müqavilə imzalayıb ki, həmin məsələ ABŞ və Ankaranın NATO üzrə digər müttəfiqlərinin heç də ürəyincə olmayıb. Bu fonda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçell bildirib ki, Türkiyə Rusiyadan S-400 raketlərini alacağı təqdirdə Ankaranı sanksiyalarla müşahidə edilən xoşagəlməz nəticələr gözləyir.

ELÇİN

www.yenicag.az

1161
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100