!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türmədə tanış olub, oğurluq etdilər - Azərbaycanda

!Reklam – Yazi

Quba rayonunda silsilə oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, Quba rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən dövlət müəssisələrindən, fərdi yaşayış evlərindən və ticarət obyektlərindən silsilə oğurluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş iki şəxs saxlanılıb. Araşdırmalarla onların Quba rayonu, Küpçalqışlaq kənd sakini Ruslan Şahmirzəyev və tanışı, Saray Bağlar massivində yaşayan Azad Bəşirov olduğu müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisələrini etiraf ediblər. Araşdırmalar zamanı məlum olub ki, Ruslan Şahmirzəyevlə Azad Bəşirov məhkumluq həyatı yaşayan zaman cəzaçəkmə müəssisəsində tanış olublar. Azadlığa çıxdıqdan sonra əlaqələrini kəsməyən hər iki şəxs oğurluq etmək qərarına gəliblər. Quba rayonunda yerləşən bir neçə dövlət müəssisələrini, fərdi yaşayış evlərini və ticarət obyektlərini özlərinə hədəf seçən dəstə üzvləri, ümumilikdə, 11 müəssisə və obyektə qanunsuz daxil olaraq oradan pul, tütün məmulatları, yeyinti məhsulları, elektrik naqilləri, təsərrüfat malları və digər məişətdə istifadə olunan avadanlıqları oğurlayıblar. Saxlanılan şəxslər həmçinin obyektlərdə quraşdırılmış video müşahidə kameralarının yaddaş qurğularını da oğurlayaraq oğurluq hadisəsinin izini itirmək istəyiblər.

Həmin şəxslərin ətraflarında aparılan tədbirlərlə onların başqa rayonlarda da oğurluq hadisəsi törətdikləri məlum olub. Belə ki, Ruslan Şahmirzəyev və Azad Bəşirov Xaçmaz rayonu ərazisində yerləşən daha üç mağazada oğurluq törədərək sahiblərinə maddi ziyan vurublar. Həmçinin R.Şahmirzəyev oğurluqdan əldə etdiyi pullarla özünə “VAZ-2106” markalı nəqliyyat vasitəsi aldığı da müəyyən edilib. Oğurluq hadisəsi zamanı əldə edilmiş pulun, elektrik cihazların, avadanlıqların bir qismi, eləcə də hadisə zamanı istifadə edilmiş alətlər həmin şəxslərdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktlarla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri açılan cinayət işi üzrə araşdırmalar davam etdirilir. Həmin şəxslərin başqa oğurluq hadisələrində iştirak etmələrinin sübuta yetirilməsi istiqamətində əməliyyat və istintaq hərəkətləri davam etdirilir.

www.yenicag.az

4523
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv