Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

UEFA-dan “Qarabağ”ın rəqibləri ilə bağlı gözlənilməz qərar

Reklam: High Technic

UEFA Ukraynanın “Vorskla” və İngiltərənin “Arsenal” klubları arasında Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək oyunla bağlı gözlənilməz qərar qəbul edib.

Yenicag.az xəbər verir ki, sözügedən matçın öncədən Poltavada keçiriləcəyi bəlli olsa da, qitə futbol qurumu son anda bu oyunun Kiyevdə təşkil olunmasına qərar verib. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Qərar qitə futbol qurumunun fövqəladə hallar üzrə komitəsi tərəfindən qəbul olunub. Səbəb kimi ölkənin bəzi regionlarında hərbi vəziyyətin tətbiqi göstərilib.

Beləliklə, qarşılaşma noyabrın 29-da Ukrayna paytaxtındakı “Olimpiyski” stadionunda təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

“Vorskla” və “Arsenal” “Qarabağ”la eyni qrupda yer alıb. Ukrayna təmsilçisi qrupda həm Portuqaliya “Sportinq”i (1:2), həm də Azərbaycan təmsilçisi (0:1) ilə ev oyunlarını Poltavadakı Aleksey Butovski adına stadionda keçirib.

www.yenicag.az

3049
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100