!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

UEFA klubların gəlirlərini açıqladı - Ən az qazanan “Qarabağ” olub

!Reklam – Yazi

UEFA 2017/18 mövsümündə avrokubokların iştirakçısı olmuş  gəlirlərini açıqlayıb.

Yenicag.az xəbər verir ki, ötən mövsüm ÇL-in qrupunda çıxış etmiş “Qarabağ”ın gəliri 16 milyon 819 min avro təşkil edib.

“Köhlən atlar” bu məbləğin 2 milyonunu pley-offa, 12 milyon 700 min avronu qrupa vəsiqə qazandığına görə əldə edib. Daha 1 milyon gəlir qrupdakı nəticələrə (iki heç-heçə), 1 milyon 119 min avro isə marketinq gəlirlərinə görə əldə edilib.

Ən çox isə Çempionlar Liqasının qalibi olan Madrid “Real”ı qazanıb. “Kral klubu” 88 milyon avro əldə edib. ÇL-in finalçısı olan “Liverpul” 81 milyon, “Roma” 83 milyon, “Yuventus” 80, “Bavariya” 70 milyon, “Çelsi” 65 milyon, “Mançester Siti” 63 milyon, PSJ 62 milyon, “Tottenhem” 61 milyon, “Barselona” 57 milyon, “Sevilya” 48 milyon, “Monako” 46 milyon avro, “Beşiktaş” 43 milyon avro, “Mançester Yunayted” 40 milyon, “Napoli” isə 38 milyon avro gəlir əldə edib. Avropa Liqasının qalibi “Atletiko”nun gəlirləri isə 47 milyon 857 min avro olub.

www.yenicag.az

1121
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv