Ülkü ocaqları prezidenti Olcay Kilavuz Bakıda – FOTOLAR

Dünən Türkiyənin Ülkü ocaqları prezidenti Olcay Kilavuz türk dövlətlərini ziyarət proqramı çərçivəsində Bakıya gəlib.

Bakıda Olcay bəyi veteranlar, qazilər və millətçi təşkilatların nümayəndələri qarşılayıb. Qonaq Şəhidlər xiyabanını və 1918-ildə Bakı uğrunda döyüşlərdə şəhid olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, məzarlara gül qoyub.

Olcay Kilavuz daha sonra Fəxri Xiyabanı və Xocalı abidəsini də ziyarət edib.

Yenicag.az