Reklam

Reklam

“Bizim Azərbaycanla münasibətlərimiz yaxşıdır. Keçən il Bakıya rəsmi səfərim gerçəkləşib. Həmçinin, biz keçən il ölkələrimiz arasındakı münasibətlərin 25 illiyini qeyd etdik”.

Bu sözləri Yenicag.ru-ya Moldova prezidenti İqor Dodon deyib.

Dövlət başçısı, həmçinin, Moldova və Azərbaycan arasında 53 razılaşmanın imzalandığını vurğulayıb.

“Bu yaxınlarda Qaqauziyada Azərbaycana dəstək mövzusunda mühüm layihə təqdim olundu. Ümidvaram ki, bu il Azərbaycan prezidenti ölkəmizə səfər edəcək”.

Xatırladaq ki, Moldova prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilən VI Qlobal Bakı Forumunda iştirak edib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 866
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."