!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaqlardan məşhur şirkətlərə qarşı məhkəmə İDDİASI

!Reklam – Yazi

Konqo Demokratik Respublikasından olan 14 anonim şəxs Apple şirkətinə, Alphabet holdinqinə (Google şirkətinə sahib olan holdinq), Dell şirkətinə, Microsoft-a və Tesla-ya qarşı kollektiv məhkəmə iddiası qaldırıblar.

Yenicag.az xəbər verir ki, həmin şəxslər azyaşlı uşaqların kobalt şaxtalarında çalışmaları üzrə sözügedən şirkətlərdən təzminat tələb edirlər. Bu barədə Rusbase saytı xəbər verib. Məhkəmə iddiasını qaldırmış şəxslər arasında kobalt şaxtalarında çalışan uşaqlar və həmin şaxtalarda çalışma səbəbi ilə vəfat etmiş uşaqların yaxınları var. Məhkəmədə həmin şəxslərin maraqlarını insan hüquqlarının qorunması üzrə beynəlxalq təşkilat olan IRAdvocates qoruyur.

Məhkəmə iddiasının mətnində qeyd edilib ki, Konqo Demokratik Respublikasında olan kobalt şaxtalarında uşaqlar gün ərzində 2-3$-a çalışırlar. Bununla belə onlardan bir çoxu həmin şaxtalarda olan uçqunlar səbəbilə vəfat edir və ya ciddi zədələr əldə edirlər. Qeyd etmək lazımdır ki, kobalt litium-ion batareyalarının istehsalında istifadə olunur. Həmin batareyalar olmadan isə Apple şirkətinin cihazları, Tesla şirkətinin elektromobilləri, Google şirkətinin isə serverləri və digər cihazları çalışa bilməzlər. Hüquq müdafiəçiləri şaxtalarda çalışan şəxslər və onların ailələri üçün Apple-dan, Alphabet-dən, Dell Technologies-dən, Microsoft-dan və Tesla-dan təzminat tələb edirlər. Həmin təzminatlar isə kobalt şaxtalarında çalışan uşaqların mənəvi və fiziki zərərlərini, maaşların və digər ehtiyaclarını qarşılamalıdırlar.

Bununla yanaşı kobaltlı məhsulların satışlarından əldə edilmiş gəlirlərin həmin şirkətlərdən alınması da tələb edilib. Hüquq müdafiəsi üzrə fəaliyyət göstərən beynəlxalq təşkilat olan IRAdvocates şirkətlərə dəymiş zərərin qarşılanması üçün xüsusi fondun yaradılmasını təklif edir. Məhkəmə iddiasında qeyd edilib ki, adları sadalanmış şirkətlər metalın hansı üsullarla əldə edilməsindən xəbərdardırlar. Lakin buna baxmayaraq onlar bu vəziyyətin yaxşılaşdırılması üçün heç bir tədbir görməyərək öz məhsullarının satışlarından gəlir əldə etməyə davam edirlər. IRAdvocates qeyd edib ki, bu şirkətlər öz gəlirlərini qeyri qanuni və ədalətsiz şəkildə əldə edirlər. Təşkilat əlavə edib ki, öz məhsullarında kobaltdan istifadə edən digər şirkətlər də məsuliyyətə cəlb olunacaqlar./Technote/

www.yenicag.az

1283
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv