Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Üstü bəzək, altı təzək... - Rusiya mundiala belə hazırlaşır - FOTOLAR

Reklam: Sinerji Pro

6 gün sonra bütün dünyanın diqqəti Rusiyaya yönələcək.

Yenicag.az xəbər verir ki, dünya çempionatına ev sahibliyi edəcək şimal qonşumuz artıq mundialın hazırlıqlarını başa vurmaq üzrədir.

Mundialı əhatə edən 11 şəhər qonaqlara möhtəşəm görünməlidir. Lakin vəziyyət heç də ürəkaçan səviyyədə deyil. Odur ki, şəhərləri “gözəlləşdirmək” üçün yerli hakimiyyət orqanları fırıldağa əl atmaqdan da çəkinməyiblər.

Təsəvvür edin, köhnə binaların üzü bərli-bəzəkli villa şəkilləri ilə örtülüb, çirkinlik rəssam işi ilə gizlədilib.

Əslində, buna “üstü bəzək, altı təzək” demək daha doğru olardı.

Rostovdakı binaların birində isə xoşbəxt sakinlərin rəsimləri əks olunub. Sözsüz ki, bu durum şəhər əhalisinin ürəyincə deyil. Onlar özlərini ruhlar şəhərində hiss etdiklərini bildirirlər.

Bundan başqa Rusiyada LGBT üzvləri üçün xüsusi evlər də hazırlanıb. Sankt-Peterburqda yerləşən bu evlərdən yalnız cinsi azlığın nümayəndələri istifadə edə biləcək. Evlərin hazırlanması təşəbbüsü yerli vəkillərə məxsusdur. Burada məqsəd mundialı izləmək üçün Rusiyaya üz tutan LGBT üzvlərini yerləşdirmək və onlara kömək göstərməkdir.

Emin Səfərov

Loading...

www.yenicag.az

2274
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100