Valideynlərin diqqətinə: Bu oyuncaq ölümə aparır! – Yenicag.Az

Reklam

Reklam

Son dövrlərdə uşaqların sevimli oyuncağına çevrilmiş su topları ölüm saçır.

Yenicag.az xəbər verir ki, bitkilərin böyüməsi məqsədilə və dekorativ əşya kimi istifadə olunan su topları oyuncaq mağazalarında satışa çıxarılıb. Poliakrilamid turşudan hazırlanmış nanotexnoloji məhsul su ilə təmas etdikdə 400 dəfəyə qədər böyüyür. Bu zəhərli maddə uşaqlar tərəfindən səhvən udulduqda isə nəfəs çatışmazlığı, mədə və bağırsaqlarda tıxanmalara səbəb olur.

Kimya mühəndisləri bu vasitənin oyuncaq kimi istifadə olunmasının qarşısını almaq üçün bütün mağazalara xəbərdarlıq edilməli olduğunu bildirirlər. Suda şişən bu toplar sadəcə çiçək satan mağazalarda dekorativ məqsədlər üçün satılmalı və uşaqların əlinin çatmayacağı yerlərdə saxlanılmalıdır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 753
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."