!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Vətəndaşların tamamilə öz torpaqlarına qayıtmaları təmin edilməlidir" - AKTUAL

!Reklam – Yazi

“Vətəndaş özünün evinin tikilməsində birbaşa iştirak etməlidir, dövlət də onun yanında olmalı, dəstək verməlidir”.

Bu fikri Qarabağda evlərin tikintisinin aparılmasına rəğmən, insanların öz mülklərini əldə edə bilməməsini şərh edən Haqq Ədalət Partiyası (HƏP) Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.

Zəlimxan Məmmədli bildirib ki, Qarabağdan didərgin düşmüş vətəndaş öz yurduna qayıtmalı, dövlətin dəstəyi ilə məskunlaşmalı, öz mülkünə yiyələnməlidir:

“Dövlət öz istədiyi kimi yox, vətəndaşın ruhuna uyğun olaraq evlər tikməlidir. Dövlət subsidiyalar verə bilər, faizsiz kredit verə bilər. Vətəndaşı oradan təcrid edib, oranı kimlərinsə tikib pul qazanması doğru deyil. Vətənin torpağını, daxmasını, hinini, tövləsini, evini vətəndaş özü tikməlidir. Ola bilər ki, bəzi layihələr təqdim olunsun. Dağlarda, ucqar kəndlərdə ağıllı kəndlər tikməklə bu proses getməz. Qarabağlıları bu işə səfərbər etmək lazımdır.

İnsanların mülkləri ilə bağlı problemlər var. İnsanların mülklərinin indiyə qədər “kupça”sı verilməyib. Ancaq onların mülkləri reyesterdə var. Birmənalı şəkildə bunları həll etmək lazımdır. Burada solaxay gediş hiss edirəm. Bundan sui-istifadə halları var. Vətəndaşların tamamilə öz torpaqlarına qayıtması və oradakı inşa prosesində iştiraklarının təmin edilməsi lazımdır”.

Səxavət Məmməd

www.yenicag.az

557
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv