Çox sevdiyim və tez-tez dinlədiyim məşhur “Həsrətindəyəm” mahnısına bu gün xüsusi bir sevgiylə qulaq asdım. Təkrar-təkrar dinlədim və bu məşhur əsərin həzin melodiyaları altında pıçıldadım: Əfsuslar olsun ki, indi belə möhtəşəm əsərlər yaranmır, yaxın zamanlarda da yaranacağına heç gümanım yoxdur. Əcnəbi ladlar üzərində oxunan "rakka-çıkka" mahnıların ümidinə qalmışıq. Nə yaxşı ki belə mahnılar var və zaman durduqca da yaşayacaq…