Türkiyənin Fırat Universitetinin Humanitar və ictimai elmlər fakültəsi Müasir türk dilləri və ədəbiyyatları kafedrasının əməkdaşları – kafedra müdiri, professor Ərcan Alqaya və dosent Süleyman Kaan Yalçın bu ölkənin Ali Təhsil Şurasının (YÖK) elmi tədqiqat universitetlərinə verdiyi dəstək proqramına uyğun “Oğuz qrupu türk dillərindəki mikrotoponimlərin qədim türkcədə izləri” adlı layihə çərçivəsində BDU-nun Filologiya fakültəsinin qonağı olublar.