“Telegram”ın təsisçisi və baş direktoru Pavel Durov Fransa hakimiyyəti tərəfindən saxlanılıb. Məlumata görə, Fransanın “L'Office Mineurs” (OFMIN) (yetkinlik yaşına çatmayanlara qarşı cinayətlərə nəzarət edən agentlik) “Telegram”da ilkin araşdırma çərçivəsində axtarış elan edib. Bu axtarışın nəticəsi olaraq, Durov təyyarə ilə Fransaya enən kimi dərhal saxlanılıb.