Son günlər toy və yas mərasimlərində zəhərlənmə halları çoxalıb. Belə ki, bir neçə gün bundan öncə yasda verilən qidadan 105, ötən gün toy mərasimində verilən yeməklərdən isə 55 nəfər zəhərlənib. Bu da toylarda və yaslarda insanlara verilən qidaların keyfiyyət məsələsini bir daha gündəmə gətirib. Bəs görəsən, zəhərlənmələrin səbəbləri nələrdir? Toy, yaxud yas mərasimlərində olan qidalar yoxlanılmır?