"Bu ildən etibarən ehtiyac meyarının 246 manatdan 270 manata çatdırılması ünvanlı sosial yardım məbləğinin artmasına səbəb olub. Ən çox verilən suallardan biri ehtiyac meyarı dəyişməmişdən öncə yardım almağa başlayanların ödənişlərində artım olub-olmaması ilə bağlıdır".