Seçki qanunvericiliyinə görə, bu ilin noyabr ayının ilk bazar günündə parlament seçkiləri keçirilməlidir. Lakin noyabr ayında Bakıda COP29 tədbiri keçiriləcək. Məhz bu beynəlxalq tədbirə görə parlament seçkilərinin vaxtı irəli çəkilə bilər. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da açıqlama verib.