Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 264-cü kilometrində (Yevlax, Xaldan kəndi ərazisi) elektron tərəzi sisteminin quraşdırılması ilə əlaqədar bu gündən başlayaraq təqribən bir ay yarım müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılaraq kənardankeçmə yolu ilə təşkil ediləcək.