Diplomatik mənbələrdən verilən məlumata görə, Azərbaycan və Ermənistanın yaxın günlərdə sülh sazişi imzalamaq ehtimalı faktiki olaraq yoxdur və bu ay ərzində diplomatik sürpriz gözləməyə dəyməz. Belə ki, tərəflər danışıqları Bakıda keçiriləcək BMT-nin iqlim dəyişikliyi konfransından – COP29-dan sonra davam etdirəcək.