Uzun illərdir ki, Bakının bəzi ərazilərində, xüsusən də köhnə tikili binalara içməli su fasilələrlə verilir. Paytaxtın əksər rayonlarında axşam saat 9-10-dan sonra su olmur və səhər 07-07:30-da su verilişi bərpa edilir. Odur ki, bir çoxu mənzillərdə hidrofor və digər cihazlardan istifadə etməklə, problemi qismən aradan qaldırmağa çalışır. Yeganə çıxış yolu isə su çənlərindən istifadədir.