Fransa uzun illərdir ki, azərbaycanlı diaspor təşkilatlarının fəal olduğu bir ölkə kimi tanınsa da, burada Azərbaycana qarşı fəaliyyət göstərən müəyyən qrupların mövcudluğu da diqqət mərkəzindədir. Bu qruplar müxtəlif sahələrdə, xüsusən siyasi, mədəni və informasiya məkanında Azərbaycanın milli maraqlarına zərbə vurmağa yönəlmiş fəaliyyətlərlə, demək olar ki, uzun illərdir məşğuldurlar.