Cənubi Amerikanın isti iqlimində yetişən, şirniyyatlara gözəl bir alternativ olan ananasın faydaları saymaqla bitmir. Ananas çox zəngin kimyəvi tərkibə malikdir. A, PP, C , B qrupu vitaminlər, bir çox vacib minerallar (kalium, maqnezium, fosfor, yod, sink, mis, dəmir və s.), orqanik turşular, fermentlər, liflərlə zəngindir. Belə zəngin tərkib ananası insan orqanizmi üçün olduqca faydalı edir.