Fevral ayından etibarən məktəbəqədər təhsillə bağlı alternativ modellərin tətbiqinə başlanır. Bunu Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova bildirib. Şöbə müdiri deyib ki, pilot layihə fevral ayından başlayaraq bir neçə ay davam edəcək. Layihə Bakı, Naxçıvan, Astara, Füzuli, Göygöl, Lənkəran, Masallı, Şəki, Şirvan, Zaqatala kimi regionlarda icra olunacaq. Layihədə sağlamlıq imkanları məhdud uşaqlar da nəzərə alınıb.