Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Vüsal Kərimlinin “özünüxilas formulu”: BNA rəhbəri Qarabağ qaziləri ilə dövləti qarşı-qarşıya gətirir

Reklam: Sinerji Pro

Bakı Nəqliyyat Agentliyinin (BNA) rəhbəri Vüsal Kərimlinin sərnişindaşımada monopoliyaya aldığı sahələr üzə çıxıb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün “Facebook” hesabında yayıb.

Cavanşir Həsənlinin BNA rəhbərinin şirkətləri haqqında paylaşdığı məlumatları olduğu kimi sizə təqdim edirik:

“Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Ağaməmməd oğlu Kərimli 2010-cu ilin sentyabrında qeydiyyatdan keçmiş “Global Value Group” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) (VOEN2001785791) təsisçisi və qanuni təmsilçisidir. Şirkət Bakı şəhəri Xətai Rayonu, Sabit Orucov, ev 23, m. 76 ünvanında hüquqi qeydiyyatdadır.

BNA rəhbərinin təsis etdiyi daha bir şirkət – “GMSA” MMC isə 2014-cü il martın 14-də Vergilər Nazirliyinin Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyatdan keçib. Şirkətin hüquqi ünvanı Bakı Şəhəri nəsimi rayonu, 20 Yanvar, ev 3, m. 13-dədir. Vüsal Kərimlinin təsisçisi olduğu “GMSA” MMC ilə eyni ünvanda 2014-cü ilin dekabrında “K GROUP” MMC qeydiyyata alınıb.

Şirkətin Nizamnamə kapitalı 3000010.00 manat, qanuni təmsilçisi Əliyev Ceyhun Şəfahət oğludur. Bu şirkət 2018-ci ildə yaradılan Bakı Nəqliyyat Agentliyinin əsas tərəfdaşlarından biridir, avtobuslara kart oxuyan cihazlar – validatorlar quraşdırılması sifarişi bu şirkətə həvalə olunur. Ceyhun Əliyev həmçinin 2008-ci ildə qeydiyyatdan keçmiş “İTPRO SOLUTİONS LTD” MMC-nin də qanuni təmsilçisidir”.

BNA rəhbəri olaraq, vəzifəsindən sui-istifadə yolu ilə əldə etdiyi zənginliklə qane olmayan Vüsal Kərimli istismarı Qarabağ qaziləri tərəfindən həyata keçirilən marşrut xəttlərinə də sahiblənməyə çalışır.

Onun bu istiqamətdə atdığı addımlar artıq Qarabağ qaziləri ilə dövləti qarşı-qarşıya gətirməkdədir. Belə ki, Kərimli bir neçə il əvvəl BNA-ya işə götürdüyü, keçmiş MTN-də işlədiyi vaxt tabel silahını itirdiyi və bu səbəbdən də təhlükəsizlik xidmətindən qovulduğu iddia edilən Azər adlı həmyerlisinin əli ilə Qarabağ əlillərinin istifadə etdiyi marşurut xətlərinin fəaliyyətinə davamlı problem yaradır.

Bu da öz növbəsində Qarabağ əlillərinin haqlı narazılığı ilə qarşılanır.

Haqqında yazılanlar və əldə edilən digər informasiyalara görə, Vüsal Kərimlinin BNA-ya rəhbbərlik dövrü sona çatmaqdadır. Bu səbəbdən də, o törətdiyi əməllərini ört-basdır etmək üçün Qarabağ qazilərini “xərcləyərək”, özünü və kreslosunu qorumaq istəyir.

Vəziyyətinin kritik olduğu bildirilən Vüsal Kərimlinin hətta prezidentlə görüşməyə cəhd etməsi barədə də informasiyalar yayılmaqdadır. İlk növbədə vəzifəsini və dövlət resursları hesabına qurduğu biznes imperiyasını qorumağı düşünən Vüsal Kərimli Qarabağda döyüşən, torpaq uğrunda can qoyan qazilərə şər-böhtan artaraq, üzləşdiyi vəziyyətdən çıxmağa çalışır.

Yaranmış vəziyyətlə bağlı Qarabağ qazisi və tanınmış jurnalist Rey Kərimoğlu da öz mövqeyini bildirib. O, qeyd edib ki, BNA Qarabağ qaziləri tərəfindən idarə olunan marşrut xətlərini onların əlindən alaraq “BakuBus”a “ötürüb”. Kərimoğlunun sözlərinə görə, Qarabağ qazilərinə bunun əvəzində başqa marşrut xəttinin veriləcəyi vəd olunsa da, BNA rəhbərliyi onları aldadıb.

Qarabağ qaziləri sosial şəbəkələrdə bu məsələyə etirazlarını ən sərt formada ifadə etməkdədirlər. Onlar bu kimi hallara son qoyulmayacağı təqdirdə, hüquqlarını bərpa etmək üçün etiraz aksiyalarına başlayacaqlarını bildirirlər.

Görünən budur ki, BNA rəhbəri Vüsal Kərimlinin şəxsi maraqlarını əsas götürməsi Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş Qarabağ qaziləri ilə dövləti qarşı-qarşıya gətirməkdədir.

www.yenicag.az

822
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100