Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Xalq artisti: “Allah məni qışda öldürmə”

Xalq artisti, tanınmış rejissor Vaqif Əsədovun doğum günüdür.

72 yaşını tamamlayan səbəbkar təəssüratlarını Yenicag.az-la bölüşüb: “Klassik bir fikir var, təki ürək qocalmasın. Bu öz yerində. Hər halda, illər insanın canından çox vacib şeyləri də alıb aparır. Bunu hesaba almamaq mümkün deyil. Mənim üçün təqvimdə xüsusi günlərin elə də əhəmiyyəti yoxdur. Hansısa özəl, ya doğum günüm olsun. Əsas odur hansısa bir yaxşı əməlin sahibi olum, bir gözəl iş mənim üçün həmişə bayrama çevrilib. Həmin gün beş ad gününə dəyər. Allah verən ömürdür, ya qismət. Hər gün bir qazancdır. Məhsəti Gəncəvinin bir rübaisi var: “Bu dünya bir qızıl kuzəyə bənzər…” İnsan necə yaşayırsa, bu dünyadan da eləcə köç edir, eləcə də xatırlanır. Bunu inkar etmək mümkünsüzdü. Elə yaşamaq lazımdır ki, səni unutmasınlar”.

“Həmişə Allahdan istəmişəm ki, məni qışda öldürməsin, çünki orada üşüyəcəyimdən çox qorxuram” deyən xalq artisti səhhətindən də danışıb: “Bir də Allahdan istəyirəm ki, insanların qəlbinə bir rəhm salsın. Onsuz yaşamaq çox çətindir. Səhhətim necədir, deyəndə ki, yazıqdan bir soruşan varmı ki, ay səhhətim, necəsən? Dərmanlar masanın üstündə məni gözləyir. Hərdən baxıb deyirlər ki, heç olmasa birimizi iç. Deyirəm vaxtım yoxdur. Tanrının verdiyi hər günü qazanc kimi yaşamaq lazımdır”.

Cəvahir

www.yenicag.az

2782
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM