Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Xalq artisti: “Məni tutub basdılar “Qubbaxt”a - FOTOLAR

Xalq artisti, tanınmış aktyor Qurban İsmayılovun doğum günüdür.

58 yaşını tamamlayan aktyor təəssüratlarını Yenicag.az-la bölüşüb:

“Bir azdan çəkilişlərə gedəcəm. Aktyor üçün öz doğum gününü çəkiliş meydançasında qeyd etməkdən gözəl nə ola bilər ki… Gecə saat 1-ə işləmiş həyat yoldaşım və övladım mənim üçün sürpriz edib, tort kəsdlər.

Dədə-balalarım da doğum günlərini qeyd etməyiblər. Mən də xoşlamıram. Bir dəfə 40 yaşım tamam olanda rəhmətlik rejissor Hüseynağa Atakişiyev səhnədə doğum günümü qeyd etdi. İnşallah qismət olsa, 60 illiyimi keçirərəm”.

Aktyor ən yadda qalan doğum gününü də xatırlayıb:

“Həştərxanda əsgəri xidmətdə doğum günümdə icazəsiz ərazidən çıxdım. Tutub basdılar “qubbaxt”a. İndi də o günü xatırlayıram”.

Arzularına gəlincə, aktyor belə söylədi:

“Yaş gedir, istəyirəm övlad-nəvə toyu görüm. Sənətə gəlincə, yeni obrazlarda çəkilmək arzusundayam. Allahdan özümə və yaxınlarıma cansağlığı arzulayıram”.

Cəvahir

www.yenicag.az

2501
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM