!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti telekanalları "yerə vurdu": “Çağırsalar da, getmərəm” - FOTOLAR

!Reklam – Yazi

Bir çox bəstəkarlardan fərqli olaraq, xalq artisti, tanınmış bəstəkar Faiq Sücəddinov mahnılarını satmadığını bildirib.

Yenicag.az-a açıqlama verən bəstəkar gileylənib:

“Mahnılarımı satmıram, məni dövlət saxlayır. Bununla belə, hesab edirəm ki, musiqilərim “Youtube” və digər kanallarda, eləcə də konsertlərdə ifa olunan zaman əldə olunan qazancdan müəllifə qonorar ödənməlidir. Təkcə elə “Kaman” mahnım 15 milyon izləmə rekordu qırıb. Hər halda, müəllif də buna görə qazanc əldə etməlidir, təbii ki, zəhmətinin bəhrəsi olaraq. Həmin mahnıların müəlliflik hüququ qorunmalıdır”.

Xalq artisti son vaxtlar efirlərdə görünməməsinə də aydınlıq gətirib:

“Başım yaradıcılıq işlərinə qarışıb. Efirlərdə yoxam. Qalmaqal edən o verilişlərə heç baxmıram, çünki mənim üçün maraqsızdır. Heç o verilişlərə çağırsalar da, getmirəm. Onlardan mənə sual verməyin. Onlar bilir kimi çağırmaq lazımdır. Verilişdə mövzu, dialoq, tərəf müqabili olmalıdır. Get, səni televizorda göstərsinlər, bu, mənlik deyil. Uşaq deyiləm ki, hər verilişə çıxım. Vaxtımı daha səmərəli işlərə sərf edirəm”.

Cəvahir
Foto:Cəmalə

www.yenicag.az

6678
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv