!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti: “Xanımıma deyiblər ki, ərin küçədə qadınla öpüşür”

!Reklam – Yazi

Xalq artisti, tanınmış aktyor Ağaxan Salmanlı doğum günündə xanımına tərif yağdırıb.

Yenicag.az-a danışan aktyor 77 yaşda gümrah qalmasının sirrini açıqlayıb:

“Sənət adamı elədir ki, ətrafında dost-tanışlar, sevənləri çox olur. Gərək həyat yoldaşı bu dostluqları anlayışla qarşılasın. Bu sarıdan bəxtim gətirib. Xanımım məni anlayıb. Amma cavan vaxtlarımızda bir-iki dəfə aramızda qısqanclıqlar olub. Xanımıma deyiblər ki, ərin küçədə bir qadınla öpüşürdü. Məqsəd də ailəyə qanqaraçılıq salmaq idi. Yoldaşıma deyirdim ki, onlar hamısı mənim sənət yoldaşlarımdır, aramızda səmimi münasibət var. Axırda yoldaşım da başa düşdü ki, mən sənət adamıyam və belə xırda şeylərə görə məni qısqanmadı. İndi yüzü gəlib desə ki, ərini filan qadınla öpüşən görmüşəm, vecinə də olmaz. Çünki mənə inanır. Qadın qısqanclıqları ilə kişini yormasa, o həmişə gümrah qalar. Sənətimə də minnətdaram. Bu sənətin sayəsində tamaşaçı sevgisi qazanmışam və bu sevgi məni yaşadıb”.

Xalq artisti doğum gününü ailəsi ilə birgə qeyd edəcək:

“Axşam ailə yığışacaq, evdə xudmani məclis qurulacaq. Teatrda qeyd olunmayacaq, çünki yubiley deyil. 80 yaşıma sağ qalsam, qeyd edəcəklər. Gərək ölməyəm”.

Cəvahir

www.yenicag.az

2191
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv