Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Xalq artistinin xanımı: "Xəstəxanaya aparmağın mənası yoxdur"

Xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəylidən xəbər var.

Yenicag.az-a açıqlama verən xalq artistinin həyat yoldaşı Zümrüd Əzizbəyli havaların istiləşməsi ilə əlaqədar aktyorun səhhətində narahatlıqlar olduğunu deyib:

“Havalarla əlaqədar Ramiz özünü yaxşı hiss etmir. Amma dava-dərmanla bunun qarşısını almağa çalışırıq. Xəstəxanaya aparmırıq, çünki bunun mənası yoxdur. Elə evdə üstündə əsirik, çalışırıq təzyiqi qalxmasın. Səhhətinə gəlincə, irəliləyiş də yoxdur, necə varsa, elədir. Çox istəyir ki, sağalıb ayağa dursun”.

Xalq artistinin xanımı giley-güzarını da gizlətməyib:

“Ramizin müalicəsinin bütün xərclərini özümüz çəkirik, heç yerdən bir qəpik kömək də yoxdur; maraqlanmırlar da… Özü buna görə heç vaxt şikayət etmir. Deyir ki, mən neyləmişəmsə, bu sənət üçün etmişəm. O sənəti canından artıq sevib, kino Ramiz üçün hər şey olub”.

Cəvahir
Yenicag.az

www.yenicag.az

536
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM