Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Xəstəxanadan qaçmaq istəyərkən öldü - Azərbaycanda
 

Bərdə rayonunda orta yaşlı kişi özünü xəstəxananın pəncərəsindən yerə atıb.

Yenicag.az xəbər verir ki, Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsində müalicə alan Vəliyev Marif Hüseyn oğlu tibb müəssisəsindən qaçmaq məqsədi ilə birinci mərtəbədən yerə atılıb.

Bu zaman xəstənin başı yerə dəydiyindən o, ağır kəllə-beyin travması alıb. Yaralı bu dəfə Reanimasiya şöbəsinə yerləşdiriləsə də, həkimlər onun həyatını xilas edə bilməyib.

Xəstəxanadan verilən məlumata görə, Marif Vəliyev ilk öncə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən yol kənarında yıxılmış vəziyyətdə tapılaraq xəstəxanaya gətirilib. Özünü normal aparmayan xəstə həkim nəzarətinə götürülərək Travmatologiya şöbəsinə yerləşdirilib. Məhz bundan sonra xəstə gecə saatlarında müalicə aldığı palatanın pəncərəsini açaraq qaçmağa cəhd göstərib.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyində müayinə edildikdən sonra ailəsinə təhvil verilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (Report)

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

1853
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
Margin

Seçki 2020
MARGIN-BOTTOM