Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Xızıda 23 partlamamış hərbi sursat, 110 mərmi qalığı tapıldı

Xızı rayonunda 23 ədəd partlamamış hərbi sursat (PHS), 110 ədəd partlamış-yanmış mərmi qalıqları və 208 kq yandırma məhsulu aşkar edilərək götürülüb.

Bu barədə Yenicag.az-a Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Bildirilib ki, Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sursat anbarında baş verən partlayışla əlaqədar ANAMA və Fövqəladə Hallar Nazirliyi (FHN) birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir. Yanvarın 30-da partlayış baş verən hərbi hissənin ətrafına baxış keçirilib, nəticə etibarilə 862 000 kv.m (86.20 ha) ərazi yoxlanılıb.

Agentlikdən verilən məlumata görə, ümumiyyətlə, 121 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 16 ferma ərazisinə, 45 əkin sahəsinə, 13 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin və Bakı-Rostov dəmiryol xəttinin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına, yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilib, 25 649 ədəd partlamamış hərbi sursat (PHS), 19 304 ədəd partlamış-yanmış sursat qalıqları və 103 364 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 94 652 706 kv.m (9 465 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 10 422 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

www.yenicag.az

1115
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM