!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xuraman Şuşalı illər sonra ailə sirrini açdı: "İndiyədək bunu ərimin üzünə vurmuram..."

!Reklam – Yazi

Müğənni Xuraman Şuşalı həyat yoldaşı ilə bağlı maraqlı açıqlamalar verib.

Yeniçağ.az- a açıqlama verən müğənni həyat yoldaşının ona tez-tez hədiyyələr etdiyini də bildirib:

“Həyat yoldaşımın qazancı mənimkindən azdır, amma az da qazansa həmişə mənə bahalı hədiyyələr alır. Bir dəfə mənim portretimi çəkdirmişdi, azı 500 manat qiyməti vardı. Hansı ki, onun maaşı heç o qədər deyildi”.

“Ailə quranda bilirdim ki, kimə ərə gedirəm. Pul əl çirkidir, cibdə qalmır. Biz evlənəndən sonra yoldaşım işdən çıxdı və bir müddət bekar qaldı. Amma mən bir dəfə bunu onun üzünə vurmadım. Çünki heç kim başına nə gələcəyini bilmir. Sabah qarşındakının şansı elə gətirər ki, ona möhtac olarsan. Mən həmişə ailə qurmayan qızlara deyirəm ki, ürəyində Allah sevgisi və qorxusu olan insanla ailə qurun”.

Cəvahir Səlimqızı
Yeniçağ.az

www.yenicag.az

3766
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv