Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Xuraman Şuşalının iddialarına CAVAB: "AzTV hər zaman efir səviyyəsini qoruyur"

Bu gün bəzi saytlarda müğənni Xuraman Şuşalının AzTV barədə mənbəyi göstərilməyən ittiham dolu açıqlaması dərc olunub. Müğənni məntiqsiz, mənbəsiz və ən əsası da məsuliyyəti unudaraq iddia edirki, guya hicablı olduğu üçün efirə buraxılmır.

Hörmətli ictimaiyyət, AZTV-nin verilişlərinə diqqətlə baxsanız görərsiniz ki, hicablı qonaqlar və ekspertlət, tamaşaçılar həmin verilişlərdə iştirak edir, çıxış edir. Ayrıca Mədəniyyət kanalında islam dininin dəyərləri ilə bağlı veriliş hazırlanır. Odur ki, bu əsassız və məntiqsiz yanaşmanın kim tərəfindən və nə üçün ortaya atıldığı bizə də maraqlıdır.

Qaldı müğənnilərə, biz dəfələrlə demişik, bu gün də deyirik ki, AzTV-nin xüsusən musiqi siyasətini Bədii Şura müəyyən edir. Yaşından, səsindən, cinsindən və geyimindən asılı olmayaraq hər bir müğənninin AzTV, Mədəniyyət və İdman kanalında çıxışı yalnız Bədii Şuranın müzakirəsindən və sonda keçirilən səsvermənin nəticəsindən asılıdır.

Konkret Xuraman Şuşalıya gəlincə bu müğənni xanım yalnız indi deyil, illərdir AzTV-nin efirində çıxış etməyib. AzTV-nin bu adda solisti yoxdur. Hər halda bunun səbəbi biz deyilik. AzTV hər zaman efir səviyyəsini qoruyub, bu gün də qoruyur. O üzdən hər müğənninin AzTV-nin efirində görünməsi mümkün deyil.

AzTV, Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi

www.yenicag.az

461
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM