Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“YAP-la müxalifətin resursları müqayisəyə belə gəlmir” – Politoloq  

Reklam: High Technic

“Siyasi proseslərin aktivliyini fəsil dəyişikliyi ilə əlaqələndirmək doğru deyil”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında yaxın ərəfədə ölkədə siyasi fəallığın yüksəlməsi ehtimalını dəyərləndirən politoloq Elçin Mirzəbəyli deyib.

Elçin Mirzəbəyli

O, hesab edir ki, siyasi proseslərin aktivliyi tək seçkilərin keçirilməsindən yox, həm də seçki sistemindən asılıdır:

“Əslində, ölkədə siyasi proseslərin aktivliyini fəsil dəyişikliyi ilə əlaqələndirmək doğru olmazdı. Siyasi fəallıq proseslərin gedişindən asılı olaraq artır, yaxud da azalır.

Bildiyiniz kimi, ölkədə sonuncu dəfə 2015-ci il noyabrın 1-də parlament seçkiləri keçirilib. O dövrdən sonra heç bir seçki təşkil olunmadığı üçün siyasi fəallığın aşağı düşməsi təbiidir.

Ancaq gələn il prezident seçkilərinin keçiriləcəyini nəzərə alsaq, siyasi fəallığın artacağını ehtimal edə bilərik.
Fikrimcə, seçki kampaniyasının qanunvericiliklə müəyyən olunmuş müddəti ərzində aktivlik yüksələcək. Ötən seçkilərin təcrübəsi də belə söyləməyə əsas verir.

Bir məqama da toxunmaq istərdim ki, ölkədə proporsional seçki sisteminin ləğvi də siyasi fəallığa mənfi təsir göstərən amildir.

Proporsional seçki sistemi siyasi partiyaların parlamentdə təmsilçilik imkanlarını artırır. Qanunverici orqanda siyasi partiyaların çoxluğu isə ümumi siyasi fəallığın sabit qalmasını təmin edir.
O baxımdan, proporsional seçki sisteminin bərpasına ehtiyac var”.

Mirzəbəylinin fikrincə, mövcud şəraitdə hakim partiya ilə müxalifət düşərgəsinin imkanları müqayisə predmeti deyil:

“Əlbəttə, iqtidarın, hakim Yeni Azərbaycanın resursları ilə müxalifət düşərgəsinin imkanlarını müqayisə etməyin yeri yoxdur. Ortadakı fərq göz qabağındadır.
Ancaq bu, o demək deyil ki, partiyalar seçki prosesinə qatılmamalı, özlərini kənarda saxlamalıdırlar.
Prosesdə nə qədər çox partiya iştirak etsə, bu məqam çoxpartiyalı sistemin inkişafına təkan verər”.

A.Zeynalov
Yenicag.az

www.yenicag.az

787
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100