Reklam

Reklam

Bakının Yeni Yasamal – 2 ərazisində Heydər Əliyev parkı yenidən qurulur.

Yenicag.az xəbər verir ki, yenidənqurma işlərinə görə, Məhəmməd Xiyabani küçəsi, bina 8-də tikilən eyvanlar sökülməlidir. Yasamal rayon icra hakimiyyəti isə qanunsuz tikilən eyvanları özünəməxsus şəkildə sökür: kefi istəyəni saxlayır, istəməyəni dağıdır.

Sözügedən binada qanunsuz hesab olunan yeddi eyvandan yalnız biri sökülür.

Məhəmməd Xiyabani küçəsi, bina 8, mənzil 63-də yaşayan ev sahibinin verdiyi məlumata görə, artıq onun eyvanının üst hissəsini söküblər. Və bu çanaq məhz onun “başında” çatlayacaq, digərlərinə isə toxunmayacaqlar.


Ev sahibi Fəranə Cəfərovanın sözlərinə görə, artıq onlara 5 min manatdan çox ziyan vurulub:

“Əgər qanunsuz eyvanlar sökülürsə, onda hamısı sökülsün. Bizim mənzil binanın ortasında yerləşir. O birilər qalıb, bizdən başlayıblar? Evdən bayıra çıxırsan, gəlib görürsən ki, eyvanda kimsə gəzir. İcra nümayəndəsi olan Vasif adlı şəxs ancaq bizim eyvanın söküləcəyini deyir. Başa düşmürəm ey… Əgər qanunsuzdursa, hamısı sökülsün, yox, onda bizim artırma ilə nə işləri?”.

Mübariz Cəfərovun dediyinə görə, iş icraçılarının əlində heç bir sənəd yoxdur:

“Bunlara kim icazə verib ki, şəxsi mülkə girsinlər? Əllərində heç bir sənəd yoxdur, gəlirlər ki, sökəcəyik. Mənim icazəm olmadan evimə niyə girirlər? İcra nümayəndəsi Vasif bu gücü hardan alır? Dedik ki, “sənəd gətirin, sökün”, biz evdən çıxandan sonra eyvanı çöldən söküblər. Bunları qapıdan qovuruq, bacadan girirlər”.

Məsələni araşdırmaq üçün ərazidə olan Vasif adlı icra nümayəndəsi ilə görüşdükdə həmin şəxs soyadını deməkdən imtina etdi və bildirdi ki, qanunsuz olan digər eyvanlar da söküləcək.

O ki, qaldı söküntünün niyə məhz binanın ortasından başlanmasına icra rəsmisi “onlara da növbə çatacaq. Əlavə suallarınız varsa, mətbuat xidmətinə müraciət edin” – deyə, söhbətdən yayındı.

Səxavət Məmməd

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1880
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."