Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Yəhudi yazıçı: "Ermənilər yəhudilərin uğurunu təkrarlamaq istəyirlər"

Reklam: Sinerji Pro

Yaxın Şərqdəki vəziyyət, Qüds ətrafındakı qalmaqal, eləcə də Türkiyə-İsrail münasibətləri barədə Yenicag.ru-ya analitik, tanınmış bloqqer, publisist İsrael Şamir danışıb.

İsrael Şamir

Qüds ətrafında ajiotaj barədə danışarkən Şamir qeyd edib ki, bu çox qəliz problemdir, proseslərin necə inkişaf edəcəyini demək çətindir.

İsrail Knessetində qondarma “erməni soyqırımı” barədə qanunun qəbul edilməsindən imtina və ermənilərin bundan qəzəblənməsini şərh edən analitik qeyd edib ki, ermənilər yəhudilərin uğurunu təkrarlamağa çalışırlar:

“Təbii ki, ermənilər beynəlxalq arenada yəhudi uğurunu təkrarlamağı çox istəyirlər. Ona görə də, İsrailin siyasətini təkrarlamağa və bu “soyqırımı” tanıtmağa çalışırlar. Yəhudilər isə ermənilərin bu uğuru təkrarlamaqlarını istəmirlər”.

Türkiyə-İsrail münasibətlərinin gələcəyinə dair isə İsrael Şamir qeyd edib ki, hər şey vəziyyətin necə inkişaf edəcəyindən asılıdır:
“Münasibətləri nə gözlədiyini zaman göstərəcək. Yaxın gələcəkdə nə baş verdiyini proqnozlaşdırmaq çətindir”.

Xatırladaq ki, Knessetin bu qərarına cavab olaraq İrəvanda Holokost qurbanları abidəsinin sökülməsinə dair çağırışlar səsləndirilib.

www.yenicag.az

1462
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100