!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Yeni Müsavat"dan Azər Ayxanın istefasına REAKSİYA: "Kollektiv hələ də ümid edir ki..."

!Reklam – Yazi

Xəbər verdiyimi kimi, “Yeni Müsavat” qəzetinin baş redaktoru Azər Ayxan vəzifəsindən istefa verib.

Yenicag.az-ın məlumatına görə, məsələ ilə bağlı “Yeni Müsavat” Media Qrupunun Baş direktoru Ələsgər Süleymanov açıqlama yayıb.

Ələsgər Süleymanov bildirib ki, Media Qrupdan rəsmi açıqlama verilməyəcək:

“Əziz dostlar! Hörmətli həmkarlar!

“Yeni Müsavat” qəzetinin baş redaktoru Azər Ayxanın Media Qrupu ilə yollarını ayırması barədə bəyanatı bizlər üçün də gözlənilməz və çox üzüntülü xəbər oldu. Azər Ayxan “Yeni Müsavat”ın əsas simalarından biri, onun yolunda 30 il çalışan qardaşımız, vazkeçilməz imzamızdır.

Müəyyən məsələlərdə fikir ayrılığı, fərqli baxışların olması normal haldır və bunlar danışıqlar vasitəsilə ümumi ortaq fikrə gəlinməsinə, nəticədə ən doğru qərarların qəbul olunmasına xidmət etməlidir.

“Yeni Müsavat” Media Qrupunun kollektivi hələ də ümid edir ki, irəliləyən zamanlarda bu məsələ müsbət həllini tapacaq, Azər Ayxan bir müddət sonra da olsa, qəzetə geri dönəcək. O zamana, ya da məsələ ilə bağlı bütün cəhdlər nəticə verməyənə qədər Media Qrupdan rəsmi açıqlama olmayacaq. Əziz həmkarlarımızı səbrli olmağa, bu mövzuda spekulyasiyalara yol verməməyə çağırırıq”.

www.yenicag.az

414
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv