!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni qanunun daxili siyasətə TƏSİRİ: “Partiyalar arasında birləşmə istiqamətində addımların atılması...”

!Reklam – Yazi

“Təxmin edirdik ki, birinci layihədə on min üzv tələbi ən yaxşı halda iki dəfə azaldıla bilər”.

Bu fikirləri “Siyasi partiyalar haqqında” yeni qanunun qüvvəyə minməsinin ölkədə fəaliyyət göstərən partiyaların sayına və resurslarına mümkün təsiri haqda danışan Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.Onun fikrincə, yeni qanunun tətbiqi indiki halda sayı 60 civarında olan partiyaların ümumi statistikasına təsirsiz ötüşməyəcək:

“Bəli, yeni qanunun qüvvəyə minməsi ilə partiyalar qarşısında qoyulan tələblər kifayət qədər sərtləşdirilib və siyasi partiyalar orada əks olunmuş şərtlərə uyğunlaşmalıdırlar.

İndiki halda partiyalar bütün diqqətlərini qanunda yer alan beş min üzv tələbinin və onların reyestrinin aparılması tələbinin yerinə yetirilməsinə yönəldiblər. Təbii ki, mövcud şəraitdə bu heç də asan məsələ deyil. Ona görə də ölkədəki altmışa yaxın partiyanın bir çoxunun bu baryeri aşa bilməyəcəyi şübhə doğurmur.

Belə olan halda, mövcud partiyalar arasında ideoloji planda konsolidasiyanın qurulması, birləşmə istiqamətində addımların atılması zərurətə çevriləcək. Amma bu zərurəti kimin necə qiymətləndirəcəyi haqda nəsə demək çətindir.

Ümumiyyətlə, hələ qanun layihəsinin ilkin variantı açıqlandıqdan sonra partiya olaraq bu istiqamətdə fəaliyyəti artırdıq. Təxmin edirdik ki, birinci layihədə on min üzv tələbi ən yaxşı halda iki dəfə azaldıla bilər. O baxımdan, vaxt itirməyin doğru olmadığını düşündük. Bu yöndə işlərimiz çətin də olsa, davam etdirilir”.

A.Zeynalov

www.yenicag.az

389
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv