Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Yenicag.az işə qarışdı, Milli Qəhrəmanın xatirə lövhəsi bərpa olundu - FOTO

Xəbər verdiyimiz kimi, 3 il bundan əvvəl birləşdirilən 189-190 saylı məktəbdə izahı mümkün olmayan hadisə baş verib.

Yenicag.az bildirir ki, əsaslı təmirdən sonra 190 saylı məktəbin məzunu olmuş, şəhid, Milli Qəhrəman Hikmət Muradovun xatirə lövhəsi sökülüb. Qeyd edək ki, analoji hadisə 189 saylı məktəbdə də baş verib. Ancaq həmin məktəbin şəhid məzununun bacısı işə qarışdıqdan sonra lövhə yerinə asılıb; Hikmət Muradovun xatirə lövhəsi isə heç kimin yadına belə düşməyib.Faktla bağlı Yenicag.az saytı Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət edərək, bu ayrı-seçkiliyə aydınlıq gətirilməsini istəyib. Dünən axşam saatlarında Bakı şəhəri üzrə Təhsil İdarəsindən aldığımız məlumata görə, şəhidin xatirə lövhəsi günorta saatlarında əvvəlki yerinə asılıb.

Ümidvarıq ki bu dəfə həmişəlik…

Yenicag.az

www.yenicag.az

1294
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM